Filarmoniyada 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Filarmoniyada 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
# 06 mart 2007 16:24 (UTC +04:00)
Bu gün Müslüm Maqomoyev adına Azərbaycan Dövlət Filarmoniyasında əlil qadınların sənət nümunələri sərgisi və 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə çıxış edən komitənin sədri Hicran Hüseynova BMT-nin Əhali Fondunun hər il ictimaiyyəti gender bərabərliyi və qadın inkişafının təmin edilməsinə yönəlmiş fəaliyyətlə bağlı çağırışla çıxış etdiyini xatırladıb və bunu müsbət qiymətləndirib. H. Hüseynova Azərbaycanda mövcud olan gender problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlərin həyata keçirildiyini qeyd edib. Tədbirdə BMT-nin rezident əlaqələndiricisi və Əhali Fondunun nümayəndəsi Bruno Pueza, hökumət nümayəndələri, Milli Məclisin təmsilçiləri və QHT təmsilçiləri iştirak edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR