Beynəlxalq Qadınlar günü münasibəti ilə Azərbaycanın qadın rəssamlarının əsərlərindən ibarət sərgi açılıb

Beynəlxalq Qadınlar günü münasibəti ilə Azərbaycanın qadın rəssamlarının əsərlərindən ibarət sərgi açılıb
# 07 mart 2007 15:26 (UTC +04:00)
Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Vəcihə Səmədova adına Sərgi Salonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycanın qadın rəssamlarının əsərlərindən ibarət sərginin açılışı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bütün xanımları bayram münasibəti ilə təbrik edib. Onun sözlərinə görə, 150-yə yaxın rəssamın rəngkarlıq, qrafika, təsviri sənət janrında əsərlər nümayiş etdirilir. Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Art Galery” və Bakı Rəsm Qalereyasında da sərgilər açılıb./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR