“Mədəniyyət həyat yolu kimi” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək

“Mədəniyyət həyat yolu kimi” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək
# 27 mart 2007 09:45 (UTC +04:00)
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti və Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun birgə təşkilatçılığı ilə martın 31-də “Mədəniyyət həyat yolu kimi” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidenti, professor Fuad Məmmədov APA-ya bildirib ki, seminar Azərbaycan Biznes Mərkəzində keçiriləcək. Seminarda akademik Maqsud Əliyev, professor Fuad Məmmədov çıxış edəcək. Seminar çərçivəsində “Mədəniyyət insanın həyat və fəaliyyəti kimi: Azərbaycanda ruhi mədəniyyətin müasir vəziyyəti və perspektivləri” mövzusunda dəyirmi masa da təşkil olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR