Sənətşünaslıq elmləri doktoru Zümrüd Quluzadənin 75 yaşı qeyd olunacaq

Sənətşünaslıq elmləri doktoru Zümrüd Quluzadənin 75 yaşı qeyd olunacaq
# 27 mart 2007 11:24 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatları İnstitutunda Şərq və Qərb fəlsəfəsinin panteizm problemlərinə həsr olunmuş elmi konfrans keçiriləcək. Bu barədə APA-ya AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun elmi katibi Səidə Əliyeva məlumat verib. Sənətşünaslıq elmləri doktoru Zümrüd Quluzadənin 75 illiyinə həsr olunmuş elmi konfransda orta əsrlərdə Azərbaycanın fəlsəfi fikir tarixinə ümumi nəzər salınacaq, görkəmli filosofların irsinin tədqiqi və təbliği problemləri bir daha müzakirə olunacaq. Konfrans martın 30-da saat 10.00-da öz işinə başlayacaq.
Qeyd edək ki, AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin müdiri Zümrüd Quluzadə fəlsəfi fikir tarixi üzrə MDB məkanında tanınmış mütəxəssislərdən biri sayılır. “Hürufilik və onun Azərbaycandakı nümayəndələri”, “Şərq mədəniyyət tarixinin nəzəri problemləri və Nizamişünaslıq”, “Füzulişünaslığın problemləri” əsərlərinin, ümumilikdə isə 8 kitab və 2 broşüranın müəllifi olan alimin əsərləri üç dildə çap olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR