Görkəmli heykəltəraş Fuad Əbdülrəhmanov yad olunacaq

Görkəmli heykəltəraş Fuad Əbdülrəhmanov yad olunacaq
# 28 mart 2007 09:27 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq İnstitutu “İncəsənət və mədəniyyətin problemləri” məqalələr məcmuəsinin 19-cu buraxılışını oxuculara təqdim edib. Bu barədə APA-ya AMEA-nın Memarlıq İnstitutunun elmi katibi İlham Qazızadə məlumat verib. Məcmuədə memarlığın tarixi, nəzəri problemləri ilə yanaşı, musiqi, kino, xalça sənətinə həsr olunmuş materiallar toplanıb. İ. Qazızadənin bildirdiyinə görə, Memarlıq İnstitutu Rəssamlıq Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə görkəmli heykəltəraş Fuad Əbdülrəhmanovun 90 illik yubiley tədbirinə hazırlaşır. Fuad Əbdülrəhmanovun iki il gecikən yubiley tədbirindən öncə Memarlıq İnstitutunda heykəltəraşın həyat və yaradıcılığını əks etdirən buklet çapdan çıxıb. İnstitutun aparıcı elmi işçisi, sənətşünaslıq elmləri doktoru Cəmilə Novruzovanın hazırladığı bukletlər görkəmli heykəltəraşın anım tədbirində iştirakçılara təqdim olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR