Əbülfəs Qarayev Norveçə səfər edəcək

Əbülfəs Qarayev Norveçə səfər edəcək
# 29 mart 2007 09:42 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Norveçin mədəniyyət və kilsə işləri naziri Trond Giskenin dəvəti ilə bu ölkəyə rəsmi səfər edəcək. Norveçin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər aprelin 11-15-də gerçəkləşəcək. Nazir Norveçin paytaxtı Osloda görüşlər keçirəcək, danışıqlar aparacaq, Stavanger şəhərində keçən ilin noyabr ayında açılmış “Azərbaycan odlar ölkəsi” adlı sərginin rəsmi bağlanışında iştirak edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR