“Mədəniyyət həyat yolu kimi” mövzusunda respublika kulturoloji seminarı keçirilib

“Mədəniyyət həyat yolu kimi” mövzusunda respublika kulturoloji seminarı keçirilib
# 31 mart 2007 10:29 (UTC +04:00)
Azərbaycan Biznes Mərkəzində “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun birgə təşkilatçılığı ilə “Mədəniyyət həyat yolu kimi” mövzusunda respublika kulturoloji seminarı keçirilib. APA-nın məlumatına görə, seminarda akademik, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının I-ci vitse-prezidenti Maqsud Əliyev, tarix elmləri doktoru, professor Fuad Məmmədov “Kulturologiya məktəbi: təriflər, düsturlar, müddaalar. Mədəniyyət tarixi proses kimi” mövzusunda çıxış edib. Seminar çərçivəsində “Mədəniyyət insanın həyat və fəaliyyəti kimi: Azərbaycanda ruhi mədəniyyətin müasir vəziyyəti və perspektivləri” (Alimlərin hökumətə mədəniyyət siyasətinə dair praktiki təkliflərinin qəbul olunması) mövzusunda dəyirmi masa keçirilib. Seminarda Vətəndaş Cəmiyyəti Beynəlxalq Mədəniyyət Forumunun, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin, Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvləri iştirak ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR