ABŞ-da yaşayan pianoçu Çingiz Sadıxovun səhhətində problemlər yaranıb

ABŞ-da  yaşayan pianoçu Çingiz Sadıxovun səhhətində problemlər yaranıb
# 03 aprel 2007 10:48 (UTC +04:00)
ABŞ-da yaşayan soydaşımız, məşhur pianoçu Çingiz Sadıxovun səhhətində problemlər yaranıb. Pianoçunun qohumlarının APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, Çingiz Sadıxov müayinə və müalicə olunmaq üçün Rusiyaya gedib. Pianoçu aprelin 24-nə kimi Rusiyada müalicə olunacaq Qohumları soydaşımızın səhhətindəki problemlərin ciddi xarakter daşımadığını bildirirlər. Müalicə kursunu başa vuran Çingiz Sadıxovun qısa müddətə Bakıya gələcəyi də gözlənilir. Qeyd edək ki, aprelin 5-də xalq artisti Çingiz Sadıxovun 78 yaşı tamam olur. Keçən ay ABŞ-da pianoçunun ifasında Azərbaycan klassik musiqi əsərlərindən ibarət 3-cü CD diski işıq üzü görüb. Çingiz Sadıxov uzun illər Bülbül, Rəşhid Behbudov və Müslüm Maqomayev kimi şöhrətli ifaçılar ilə birgə çalışıb. O, 1994-cü ildən ABŞ-da yaşayır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR