www.kultura.az internet portalının təqdimatı keçirilib

www.kultura.az internet portalının təqdimatı keçirilib
# 04 aprel 2007 13:08 (UTC +04:00)
Bakı Caz Mərkəzində www.kultura.az internet portalının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən internet saytının baş redaktoru Ələkbər Əliyev portalın bir ay əvvəl fəaliyyətə başladığını deyib. Onun sözlərinə görə, qısa müddət ərzində öz oxucularını tapan mədəniyyət saytında məlumatlar ancaq rus dilindədir: “Saytı rus dilində yaratmağımızın səbəb onun yalnız Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində oxunmasına imkan yaratmaqdır. Sevindirici hal odur ki, cəmi bir ay müddətinə MDB ölkələrində tanınmağa müvəffəq olmuşuq. Kollektivimiz tanınmış simalardan - bəstəkar Elmir Mirzəyev, rəssam Teymur Daimi, pianoçu Firudin Allahverdiyev, yazıçı-publisist Sevinc Yüzbaşıdan ibarətdir”. Tədbirdə çıxış edən internet portalının şef-redaktoru bəstəkar Elmir Mirzəyev internet saytında mədəniyyətin bütün sahələrinə dair məlumatların və müsahibələrin yerləşdirildiyini deyib. Şef-redaktor portalda eyni zamanda dünya mədəniyyətində baş verən hadisələr barədə məlumatların da dərc olunduğunu qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR