Mədəniyyət və Turizm Nazirliyi “Müasir Azərbaycan mədəniyyəti: problemlər və perspektivlər” mövzusunda elmi məqalələr müsabiqəsi elan edib

Mədəniyyət və Turizm Nazirliyi “Müasir Azərbaycan mədəniyyəti: problemlər və perspektivlər” mövzusunda elmi məqalələr müsabiqəsi elan edib
# 05 aprel 2007 09:11 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi “Mədəniyyətimiz sərvətimizdir” şuarı ilə “Müasir Azərbaycan mədəniyyəti: problemlər və perspektivlər” mövzusunda elmi məqalələr müsabiqəsi elan edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə üç nominasiya üzrə (gənc alim, aspirant (dissertant) və magistr-bakalavrlar arasında) keçiriləcək. Müsabiqə iştirakçıları öz məqalələrini aprelin 24-ü tarixinədək təqdim edə bilərlər. Qaliblərin mükafatlandırılması mayın 4-də “Milli Kulturoloqlar Forumu”nun ilk plenar iclası zamanı həyata keçiriləcək. Müsabiqədə iştirak edənlərin məqalələrindən ibarət Mədəniyyət və Turizm Nazirliyinin xüsusi toplusu nəşr ediləcək. Nazirlik müsabiqənin 1-ci yer sahibinə 500 manat, 2-ci yer sahibinə 300 manat, 3-cü yerin sahibinə 200 manat və 100 manat məbləğində həvəsləndirici mükafat təsis edib. Qaliblər alim və tanınmış simaların təmsil olunduğu münsiflər heyəti tərəfindən seçiləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR