Astarada “İstedad-2007” festivalı start götürüb

Astarada “İstedad-2007” festivalı start götürüb
# 09 aprel 2007 09:43 (UTC +04:00)
Astara Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mahir Quliyevin sərəncamına müvafiq olaraq rayonda yeniyetmə və gənclərin “İstedad-2007” incəsənət festivalına start verilib. Bu barədə APA-nın cənub bürosuna RİH aparatının şöbə müdiri Azər Abdullayev məlumat verib. Onun sözlərinə görə, üç mərhələdən ibarət tədbirdə yeniyetmə və gənclər mədəniyyət və incəsənət sahəsində istedad və bacarıqlarını nümayiş etdirəcəklər. Festivalın qalibi qazanan gənc istedadların yekun konserti mayın 10-da - mərhum prezident Heydər Əliyevin doğum günündə keçiriləcək. Qaliblərə Astara RİH-in fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR