Gəncədə Məhəmməd peyğəmbərin mövluduna həsr olunmuş tədbir keçirilib

Gəncədə Məhəmməd peyğəmbərin mövluduna həsr olunmuş tədbir keçirilib
# 09 aprel 2007 12:18 (UTC +04:00)
Gəncə Dövlət Dram Teatrında Məhəmməd peyğəmbərin mövluduna həsr olunmuş tədbir keçirilib. Tədbir İlahi Mahnılar Qrupu və “İffəti” dini qadın təşkilatı tərəfindən təşkil edilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbir zamanı dini mahnılar ifa edilib, dini təbliğ edən məlumatlar ayə və surələrdən danışılıb. Tədbir gəncləri dinə çağıran ana və ataya hörmət etməyin labüdlüyündən bəhs edən kiçik səhnəciklər nümayiş etdirilib Səhnəciklərdə Gəncə Dövlət Dram Teatrının aktyor heyəti rol alıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR