Gəncədə yeni Filarmoniya binasının tikilməsi üçün 16 milyon manat vəsait ayrılacaq

Gəncədə yeni Filarmoniya binasının tikilməsi üçün 16 milyon manat vəsait ayrılacaq
# 11 aprel 2007 11:35 (UTC +04:00)
Nazirlər Kabineti təqdim edilən layihə təsdiq edildikdən sonra Gəncədə yeni Filarmoniya binasının tikilməsi üçün 16 milyon manat vəsait ayrılacaq. Bu barədə APA-nın qərb bürosuna Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova məlumat verib. Onun sözlərinə görə, layihəyə əsasən Filarmoniyanın binası üç mərtəbədən ibarət olacaq: “Filarmoniyanın konsert zalının tutumu 800 nəfərlik nəzərdə tutulub. Layihəyə əsasən burada həmçinin təxminən 100-150 nəfərlik kinoteatr da istifadəyə verilməsi planlaşdırılır. Filarmoniya və kinoteatrın bir binada yerləşəcəyinə baxmayaraq, onların hər birinin ayrıca giriş-çıxış qapıları olacaq”. M. Məlikova əlavə edib ki, Nazirlər Kabinetində sənədlər təsdiq olunduqdan sonra tender keçiriləcək və onun qalibi bu il tikinti işlərinə başlayacaq. Onun sözlərinə görə, yeni Filarmoniyada gözəl məşq və qrim otaqları, səsyazma kabineti, müasir istilik, işıqlandırma, hava təmizləyici sistemi olacaq. Konsert zalında həmçinin böyük monitorun da quraşdırılması planlaşdırılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR