Gəncədə məktəb şagirdləri arasında keçirilən “Nağıl - 2007” müsabiqəsinin sonuncu turu başa çatıb

Gəncədə məktəb şagirdləri arasında keçirilən “Nağıl - 2007” müsabiqəsinin sonuncu turu başa çatıb
# 11 aprel 2007 12:03 (UTC +04:00)
Gəncə Dövlət Dram Teatrında orta məktəb şagirdləri arasında keçirilən “Nağıl - 2007” müsabiqəsinin sonuncu turu başa çatıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, müsabiqədə Gəncənin 43 orta təhsil müəssisələrinin şagirdləri iştirak ediblər. Tədbirin təşkilatçısı Gəncə şəhər Təhsil İdarəsi və Mədəniyyət və Turizm İdarəsidir. Şəhər təhsil idarəsinin rəis müavini İsmayıl İsmayılovun sözlərinə görə, müsabiqənin 2-ci turuna cəmi 8 məktəb vəsiqə qazanıb. Müsabiqənin 1-ci dərəcəli diplomu Gəncənin 18 saylı orta məktəbinin şagirdlərinə təqdim olunub. Təltif olunanlar arasında 4, 26, 30 saylı orta məktəblərin gənc aktyorları da var. Müsabiqənin keçirilməsində əsas məqsəd yetişməkdə olan gələcək nəsil arasında xalq sənətinə və qədim eposa olan məhəbbətin artırılması, həmçinin də şifahi xalq yaradıcılığının təbliğ olunmasıdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR