Strasburqda Avropa Şurasının təlim kursları keçiriləcək

Strasburqda Avropa Şurasının təlim kursları keçiriləcək
# 11 aprel 2007 14:00 (UTC +04:00)
Aprelin 16-dan 19-dək Strasburqda Avropa Şurasının təlim kursları keçiriləcək. Təlim kurslarında Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi Vasif Eyvazzadə iştirak edəcək. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, səfər Avropa Şurası siyasi məsələlər üzrə baş direktoru J.L.Lorensin dəvəti əsasında gerçəkləşəcək. Təlim kurslarında mədəniyyətlə bağlı xüsusi proqram tədris olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR