Rəmişin gitarasını oğurlayıblar
11 aprel 2007 14:14 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən sənətçi hadisənin yaşadığı evin yaxınlığında baş verdiyini deyib: “Maşınımı Montində yaşadığımız evin yanında saxlamışdım. Maşının arxa şüşəsini sındırıb gitaranı aparıblar. Oğruların tapılmasını özüm istəmədim. Gitaramı qəsdən oğurlayıblar, amma dostlarım mənə təzə gitara bağışladılar”. Qeyd edək ki, tanınmış sənətçi Rəmiş son illər Moskva şəhərində yaşayır. Hazırda Bakıda olan sənətçi yaxın günlərdə yenidən Rusiya paytaxtına qayıdacaq. /APA/
İncəsənət
Gəncə Filarmoniyasında Süleyman Ələsgərova həsr olunmuş tədbir keçirilib
10:35
17 aprel 2024
Gəncə Filarmoniyasında “Xalqın mədəni sərvəti” layihəsi yenidən təşkil edilib
10:49
16 aprel 2024
Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edir
10:13
16 aprel 2024
Gəncə Filarmoniyasında “Xalqın mədəni sərvəti” adlı layihə təqdim olunacaq - VİDEO
11:32
13 aprel 2024