Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Norveçdə səfərdədir

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Norveçdə səfərdədir
# 12 aprel 2007 08:33 (UTC +04:00)
Aprelin 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Norveçin mədəniyyət və kilsə işləri naziri Trond Giskenin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. APA-nın məlumatına görə, səfər aprelin 14-də yekunlaşacaq. Nazir aprelin 11-də Stavanger şəhərində keçən ilin noyabr ayında açılmış “Karvansaray - Azərbaycanın keçmişi və bu günü” adlı sərginin rəsmi bağlanışında iştirak edib. Səfər çərçivəsində mədəniyyət və turizm naziri həmçinin Norveçin paytaxtı Osloda görüşlər keçirəcək, bir sıra danışıqlar aparacaq və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinə dair görüşlər
keçiriləcək. Ə. Qarayev Norveçdən birbaşa Moskvaya gedəcək. Nazirin səfəri 15-19 aprel tarixlərində Moskvada keçiriləcək Azərbaycan mədəniyyət günlərində iştirak etmək məqsədi daşıyır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR