“Çto? Qde? Koqda?” intellektual oyununun yay çempionatı iyulda Bakıda keçiriləcək

“Çto? Qde? Koqda?” intellektual oyununun yay çempionatı iyulda Bakıda keçiriləcək
# 12 aprel 2007 11:43 (UTC +04:00)
Bu gün “Çto? Qde? Koqda?” (“Nə? Harada? Nə vaxt?”) intellektual oyununun təşkilatçıları mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən layihənin baş direktoru rəhbəri və oyunun aparıcısı Balaş Qasımov oyunun Azərbaycanda ilk dəfə 2000-ci ildə keçirildiyini deyib: “Moskvada ilk dəfə olaraq bu oyun 1995-ci ilə təsadüf edir. Bundan 5 il sonra biz bu oyunu ölkəmizdə keçirməyə başlamışıq. 2006-cı ildən isə oyun televiziya ilə yayımlanır. Baxmayaraq ki, biz oyunun televiziya vasitəsilə ilə təbliğatı üçün sponsor tapmaqda çox çətinliklərlə üzləşdik, ancaq sonda istəyimizə çatdıq. Hazırda oyunun canlı yayımlanması üçün çalışırıq və ilin sonuna bu reallaşacaq”. B. Qasımov iyulda yay çempionatının Azərbaycanda keçiriləcəyini bildirib. Onun sözlərinə görə, hazırda Gənclər və İdman Nazirliyi tərəfindən hazırlıq işləri aparılır. Layihənin baş redaktoru Rauf Nəcəfov hazırda “Çto? Qde? Koqda?” layihəsinin 5 komandası olduğunu deyib. O bildirib ki, 1 İyun - Beynəlxalq Uşaq Hüquqlarını Müdafiə Gününə həsr olunmuş oyunun keçirilməsi nəzərdə tutulub. Elə həmin gün baş tutacaq intellektual oyunda ilk dəfə olaraq məktəblilər iştirak edəcək və onlara komanda üzvləri tərəfindən suallar veriləcək. R. Nəcəfov Mingəçevir, Şəki və Gəncə şəhərlərində də oyunun klublarının olduğunu, həmin şəhərlərdə oyunların keçirildiyini deyib: “İlin sonuna kimi Sumqayıt, Lənkəran, Sabirabad, İmişli, Zaqatala və digər regionlarda da klublar yaradılacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR