Parça memarlığı üzrə ixtisaslaşan “BravoTent” şirkətinin ilk konfransı keçirilib

Parça memarlığı üzrə ixtisaslaşan “BravoTent” şirkətinin ilk konfransı keçirilib
# 12 aprel 2007 13:14 (UTC +04:00)
Bu gün Azərbaycanda yeni bir sahə olan parça memarlığı üzrə ixtisaslaşan “BravoTent” şirkətinin ilk konfransı keçirilib. APA-nın məlumatına görə, “BravoTent” şirkəti dünyanın ən böyük parça strukturları və döşəmə örtükləri istehsalçılarının distribyutorudur. Avropanın Valter (Fransa), Membranbau (İsveçrə), Ferrari (Fransa) kimi aparıcı şirkətləri ilə işbirliyi nəticəsində əldə etdiyi təcrübə Azərbaycan Respublikasında parça memarlığı sahəsində yeni, əhəmiyyətli sosial rolu oynayan obyektlərin yaradılması mümkünlüyündən söhbət açmağa imkan verir. Şirkətin bugünkü konfransı da bir növ tanışlıq xarakteri daşıyıb. “BravoTent” şirkəti inşaatçılara ənənəvi taxta, daş, dəmir və şüşədən fərqli məhsullar olan yeni parça strukturları təklif edib. “BravoTent” şirkətinin partnyorları çıxış edərək, Azərbaycandakı alıcılarına Fransanın “Valter” şirkətinin istehsal etdiyi parça strukturlarını, İsveçrənin Membranbau şirkətinin istehsal etdiyi kiçik və iri qeyri-standart strukturlarını və hava gücünə dayanan pnevmatik pavilyonlar, Fransanın Ferrari şirkətinin çox davamlı parçalarını təklif və şərh edib. Bu kiçik, iri və çoxfunksiyalı parça strukturlarının toyxana, yarmarka, idman tədbirləri, anbar və sənaye binaları, biznes mərkəzləri üçün yararlı olduğu bildirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR