Moskvanın “Yeni opera” teatrında Azərbaycan mədəniyyət günlərinin təntənəli açılış mərasimi keçiriləcək

Moskvanın “Yeni opera” teatrında Azərbaycan mədəniyyət günlərinin təntənəli açılış mərasimi keçiriləcək
# 16 aprel 2007 08:37 (UTC +04:00)
APA-nın məlumatına görə, açılış mərasimi “Yeni opera” teatrında incəsənət ustalarının iştirakı ilə baş tutacaq. Mədəniyyət günlərində iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyəti Rusiya paytaxtında səfərdədir. Mədəniyyət günləri çərçivəsində Moskva Müasir İncəsənət Mərkəzində Azərbaycanın əks olunduğu foto sərgi açılacaq, “Azərbaycan cazı: Nəsillərin dialoqu” adlı caz konserti, Dövlət Pantomima Teatrının “Kosa və Moritto” tamaşasının nümayişi təşkil olunacaq. Moskvada Azərbaycan mədəniyyət günləri aprelin 19-da yekunlaşacaq. Sentyabrda isə Azərbaycanda Moskva mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR