Aprelin 23-də Şamaxıda mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçiriləcək

Aprelin 23-də Şamaxıda mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçiriləcək
# 21 aprel 2007 09:08 (UTC +04:00)
Aprelin 23-də Şamaxı rayonunda ətraf rayonların mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Şamaxı rayonunun Mədəniyyət Evində keçiriləcək müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə 9 rayonun İcra Hakimiyyəti başçıları, rayon mədəniyyət müəssisələrinin nümayəndələri iştirak edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR