İosif Kobzon: “Jirinovskinin Dağlıq Qarabağla bağlı fikirlərinə ciddi yanaşmaq lazım deyil”

İosif Kobzon: “Jirinovskinin Dağlıq Qarabağla bağlı fikirlərinə ciddi yanaşmaq lazım deyil”
# 27 aprel 2007 15:44 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən musiqiçi 70 illik yubileyinin Azərbaycanda qeyd olunması ilə fəxr etdiyini deyib. Bu il səhnə fəaliyyətinin 50 ilinin tamam olduğunu deyən İosif Kobzon bu iki böyük hadisəni yenə də səhnədə qeyd edəcəyini bildirib: “Yubiley mərasimim bir sıra ölkələrdə qeyd olunacaq. Artıq qastrol turnesinə çıxmışam və Azərbaycandan sonra Belarus, Ukrayna, Moldova, Estoniya, Latviya, Litva, Qazaxıstan, Özbəkistan və digər ölkələrə də gedəcəyəm”. Səfər zamanı Şəhidlər Xiyabanını ziyarət etdiyini deyən Kobzon burada müşahidə etdiklərindən məyus olduğunu söyləyib: “Şəhidlər Xiyabanında gördüyüm məzarlar məni məyus etdi. Bu qədər gənclər heç bir şey görə bilməyiblər. Ancaq bunların hamısı artıq arxada qalıb”. Yubiley mərasimində köhnə və yeni mahnıları ifa edəcəyini deyən İ. Kobzon mətbuat konfransı zamanı siyasi prosesləri də dəyərləndirib. Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Dağlıq Qarabağın ermənilərə məxsus olması fikrinə münasibət bildirən İ. Kobzon bu sözləri qeyri-ciddi qəbul etdiyini bildirib: “Bu fikirlər məhz Jirinovski tərəfindən deyildiyi üçün buna ciddi yanaşmıram. Əgər bunu başqa kimsə desəydi, fikir söyləmək olardı. Buna fikir söyləməyi də düzgün hesab etmirəm. Jirinovskinin siyasi xətti bütün postsovet məkanına məlumdur və o, dəfələrlə belə açıqlamalarla çıxış edib”. Iosif Kobzon bu gün dünyasını dəyişən görkəmli musiqiçi Mstislav Rostropoviçin ölümündən kədərləndiyini vurğulayıb və onun çox böyük musiqiçi olduğunu qeyd edib.
/APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR