Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin VI iclasında Azərbaycanı Sevda Məmmədəliyeva təmsil edəcək

Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin VI iclasında Azərbaycanı  Sevda Məmmədəliyeva təmsil edəcək
# 03 may 2007 12:22 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya daxil olan məlumata görə, iclasda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Nazirliyin Beynəlxalq Əlaqələr və Mədəniyyət Proqramı şöbəsinin müdiri Nazim Səmədov iştirak edəcək. Tədbir bu il 9-11 mayda Starsburqda keçiriləcək. Nümayəndə heyəti iclasda Azərbaycan mədəniyyəti ilə bağlı məlumatlar verəcək və həyata keçirilən tədbirlər barəsində çıxış edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR