Əbülfəs Qarayev: “Ölkəmizin mədəni irsinə daxil edilən abidələrin siyahısı yenidən hazırlanır”

Əbülfəs Qarayev: “Ölkəmizin mədəni irsinə daxil edilən abidələrin siyahısı yenidən hazırlanır”
# 04 may 2007 09:45 (UTC +04:00)
“Azərbaycanın mədəni irs siyahısı yenidən təhlil olunur. Hər həftə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu müxtəlif rayonlara gedib orada yerli hakimiyyət orqanları ilə birgə yeni aşkar olunmuş arxeoloji qazıntılardan tutmuş siyahıya daxil olunmamış və eyni zamanda bu siyahıda olan abidələrin vəziyyətini öyrənirlər”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Nazirin sözlərinə görə, işçi qrupun bu prosesi iki ay ərzində tamamlayacaq: “Ölkə başçısının sərəncamına uyğun olaraq mədəni irsin təbliği və araşdırılmasına dair tədbirlər planı hazırdır və artıq müvafiq dövlət orqanlarına təqdim olunub. Bu gün Azərbaycanda mədəni irs siyahısına 6690 abidə daxil edilib. Həmin abidələrin bir qismi Sovet dövründən sonra artıq mövcud deyil. Biz həmin abidələrin təhlilini aparır və bu gün onun dəqiq sayını demək mümkün deyil”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR