Dow Jones tarixi maksimumu təzələyib

Dow Jones tarixi maksimumu təzələyib
# 04 may 2007 11:30 (UTC +04:00)
Mayın 3-də Amerika bazarlarında Dow Jones indeksi 0,22% - 13241,38 bəndədək yüksələrək yeni tarixi maksimum müəyyənləşdirib. “APA-Economics”in verdiyi məlumata görə, Nasdaq 0,3% - 2565,46 bəndədək, S&P 500 isə 0,43% - 1502,39 bəndədək yüksəlib. NYSE Nyu-York fond birjasında səhmlərin 54%-i bahalaşıb.
Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,82% - 6537,8 bəndədək, Almaniya DAX-ı 0,28% - 7476,79 bəndədək, Fransa CAC-40-ı isə 0,24% - 6004,28 bəndədək yüksəlib.
Qeyd edək ki, dünya bazarlarında avronun məzənnəsi 1,3542 dollar təşkil edib. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR