Almaniya və Kiprdə Azərbaycan rəssamlarının sərgiləri keçiriləcək

Almaniya və Kiprdə Azərbaycan rəssamlarının sərgiləri keçiriləcək
# 07 may 2007 09:31 (UTC +04:00)
Almaniya və Kiprdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilərin keçirilməsi planlaşdırılıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü Ənvər Qarayev APA-ya bildirib ki, hazırda sərgilərin keçirilməsi ilə bağlı danışıqlar gedir. Onun sözlərinə görə, danışıqlardan sonra sərgilərin vaxtı müəyyənləşəcək. Sərgidə professional və gənc istedadlı rəssamların əsərlərinin nümayiş etdirilməsi nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR