Gəncənin 1 saylı mədəniyyət evi sökülərək yenidən inşa ediləcək

Gəncənin 1 saylı mədəniyyət evi sökülərək yenidən inşa ediləcək
# 10 may 2007 09:03 (UTC +04:00)
Gəncənin 1 saylı mədəniyyət evi sökülərək yenidən inşa ediləcək. Yeni binanın inşası üçün sərf olunacaq vəsaitin bir qismini Heydər Əliyev Fondu ayıracaq. Gəncə şəhər mədəniyyət və turizm idarəsinin rəisi Mina Məlikovanın APA-nın Qərb bürosuna verdiyi məlumata görə, sarı torpaqdan inşa edilmiş bu bina ötən il yağan yağışlar nəticəsində çöküb, həmin vaxtdan binanın yenidən tikilməsi məsələsi müzakirə olunsa da bu məsələ indiyə kimi reallaşmayıb: “Əslində bu bina artıq ömrünü başa vurub. Binanın bu vəziyyətə düşməsi 1929-cu ildə əhali arasında “ayıbalası” adlandırılan materialdan tikilməsi və bu materialın artıq çürüməsi ilə bağlıdır. Həmin mədəniyyət evi cəmi iki dəfə cari təmir olunub. Əvvəl binanın yenidən təmir edilməsi də müzakirə mövzusu olub, lakin, binanın özülünün çürümüş halda olması onun yenidən tikilməsini zəruri etdi”. Mina Məlikova binanın qəza vəziyyətinə düşməsi barədə Fövqəladə Hallar Nazirliyi və Mədəniyyət Nazirliyinə yazılı olaraq müraciət etdiyini və binanın sökülərək yenidən tikilməsinə dair müsbət rəy alındığını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR