Heykəltəraş Ömər Eldarov mətbuat konfransı keçirib

Heykəltəraş Ömər Eldarov mətbuat konfransı keçirib
# 11 may 2007 14:32 (UTC +04:00)
O bildirib ki, Heydər Əliyev memarlıq fakültəsində təhsil aldığı üçün daim bu sahənin inkişafına çalışıb: “Heydər Əliyevin adı Azərbaycan incəsənəti ilə bilavasitə bağlıdır. Bu gün Azərbaycan Rəssamlıq Akademiyasının fəaliyyəti də məhz onun sayəsində başa gəlib. Bütün bunlarla yanaşı, onunla yaxın olmuşuq və insanlığına da yaxından bələd olmuşam”. Heykəltəraş Heydər Əliyevlə bağlı xatirələrindən də danışıb. O qeyd edib ki, Zərifə Əliyevanın ölümündən sonra düzəltdiyi büst düz 8 il emalatxanasında qalıb: “Zərifə xanım dünyasını dəyişəndə Heydər Əliyev çox məyus olmuşdu. Həmin vaxtlarda Heydər Əliyevin heç bir işlə məşğul olmağa gücü yox idi. Sonra bir il müddətinə Zərifə Əliyevanın büstünü düzəltdim. Heydər Əliyevin işi ilə bağlı bu büstü Moskvada qoymaq mümkün olmadı və həmin büst düz 8 il emalatxanamda qaldı. Heydər Əliyev Naxçıvandan tez-tez gəlib o büstə baxar və ağlayardı. Sonradan Bakıda Zərifə Əliyevanın yeni büstünü düzəltdim. Bu xatirələri unutmaq qeyri-mümkündür”.
Ö. Eldarov müəllimlik fəaliyyətinin onun yaradıcılığına ciddi təsir etdiyini bildirib. Müəllimliyin çox məsuliyyətli bir iş olduğunu deyən heykəltəraş rəssamlıq Akademiyasına rəhbərlik etdikdən sonra yaradıcılığında sönüklük yarandığını vurğulayıb. Ö. Eldarov Azərbaycanda heykəltəraşlığın vəziyyətindən də danışıb: “Elə anlar olur ki, heykəllərin qoyulduğu yerlərə gülürəm. Çox istərdim ki, bu gün aparılan tikinti işləri Bakının görünüşünə təsir etməsin. Ancaq bütün bunları həll etmək üçün əlimdən heç nə gəlmir. Bu proses yalnız Azərbaycanda baş vermir, bu gün bütün dünyada eyni vəziyyətdir”. Akademiya rektoru məktəblərdə rəssamlığın yüksək səviyyədə tədris olunmasının vacibliyini vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR