Bu gün Helsinkidə “Eurovision-2007” beynəlxalq mahnı müsabiqəsinin finalı keçiriləcək

Bu gün Helsinkidə “Eurovision-2007” beynəlxalq mahnı müsabiqəsinin finalı keçiriləcək
# 12 may 2007 09:29 (UTC +04:00)
APA-nın məlumatına görə, sayca 52-ci olan bu musiqi müsabiqəsinin yarımfinalında iştirak edən 28 ölkədən tamaşaçı səsverməsi yolu ilə finala 10 kollektiv seçilib. Final mərhələsində Sloveniyanı opera müğənnisi Alyonka Qotar, Belarusu Koldun, Serbiyanı Mariya Şerifoviç, Gürcüstanı Sopo, Makedoniyanı Korolina, Macarıstanı Maqdi Ruja, Bolqarıstanı Eliça Todorova və Stoyan Yankoulov, Moldovanı Nataliya Barbu, Türkiyəni Kənan Doğulu, Latviyanı “Bonaparti.LV.” qrupu, Rusiyanı “Serebro” triosu, Ermənistanı müğənni Ayko, Ukraynanı Verka Serdyuçka, Bosniya və Hertsoqovinanı Mariya Şestiç, Böyük Britaniyanı “Skoç” qrupu, İspaniyanı “Dnaş” qrupu, İrlandiyanı “Derviş” qrupu, Litvanı “The-4-Fun” qrupu, Yunanıstanı müğənni Sarbel, Fransanı “Les Fatals Picards” qrupu, Almaniyanı Roje Sisero, Ruminiyanı “Todomondo” qrupu, İsveçi “The Ark” qrupu, Finlandiyanı isə Xanna Pakarinen təmsil edəcək.
Ənənəvi olaraq Avropanın əsas musiqi yarışması əvvəlki il qalib gələn müğənninin təmsil etdiyi ölkədə keçirilir. Qeyd edək ki, ötən il Afinada keçirilən bu mahnı müsabiqəsində Finlandiyanın “Lordi” rok qrupu I yerə layiq görülüb.
Bu gün “Eurovision-2007” mahnı müsabiqəsinin final mərhələsi İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) vasitəsilə canlı yayımlanacaq. Müsabiqə Bğakı vaxtı ilə saat 24:00-da başlanacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR