Fəxriyyə Xələfova yeni kolleksiyasında Çin və Hindistan parçalarından istifadə edəcək

Fəxriyyə Xələfova yeni kolleksiyasında Çin və Hindistan parçalarından istifadə edəcək
# 15 may 2007 15:36 (UTC +04:00)
Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova Çiin və Hindistandan səfərdən qayıdıb. Bu barədə APA-ya məlumat verən modelyer bildirib ki, səfərin məqsədi üzərində işlədiyi yeni kolleksiyasında həmin ölkələrdə istehsal olunan parçalardan istifadə etməkdir: “İstəyirəm ki, yeni kolleksiyamda bu günə kimi istifadə olunmayan materiallardan, parçalardan istifadə edim. Bunun üçün də Çin və Hindistana üz tutdum. Dünən səfər qayıtmışam və çox gözəl materiallar gətirmişəm. Yenicə səfərdən qayıtmağıma baxmayaraq işimi davam etdirirəm. Növbəti kolleksiyam dəyişikliklər, qeyri-adiliklərlə bol olacaq”. Səfər zamanı Çin və Hindistandakı həmkarları ilə görüşdüyünü deyən modelyer həmin ölkələrdə moda nümayişlərinin təşkil olunacağını da istisna etməyib. F. Xələfova bildirib ki, yay aylarına təsadüf edəcək yeni moda nümayişinin təqdimatı xeyriyyə məqsədi daşıyacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR