Azərbaycan Rəssamlar İttifaqında təmir işləri 6 ay davam edəcək

Azərbaycan Rəssamlar İttifaqında təmir işləri 6 ay davam edəcək
# 16 may 2007 12:17 (UTC +04:00)
Azərbaycan Rəssamlar İttifaqında iyulun sonları əsaslı təmir işlərinə başlanması nəzərdə tutulub. Bu barədə APA-ya ittifaqın üzvü Ənvər Qarayev məlumat verib. Onun sözlərinə görə, sərgi salonu müasir standartlara cavab verəcək formada təmir olunacaq. Təmir zamanı binada fəaliyyət göstərəcəklərini deyən Ə. Qarayev təmirin iki hissədə aparılacağını deyib: “Əvvəlcə Vəcihə Səmədova adına Sərgi Salonu, daha sonra isə Rəssamlar İttifaqında təmir işləri aparılacaq. Təmir işləri 6 ay davam edəcək. Təmirdən sonra sərgilərimizin sayı daha da artacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR