Zaqatalada Aşıq Əzimin 100 illik yubileyi qeyd olunub

Zaqatalada Aşıq Əzimin 100 illik yubileyi qeyd olunub
# 24 may 2007 09:20 (UTC +04:00)
Bu gün Zaqatalada Aşıq Əzimin 100 illik yubileyi qeyd olunub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yubiley tədbiri Aşıq Əzimin doğulduğu Yengiyan kəndində keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, aşığın nəvələri, yerli və Kəlbəcər rayonundan gəlmiş aşıqlar, həmçinin kənd sakinləri iştirak ediblər. Aşıq Əzimin nəvəsi çıxış edərək babasının həyat və yaradıcılığı barədə iştirakçılara ətraflı məlumat verib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR