Azərbaycan rəssamları ilə bağlı saytın təqdimatı keçirilib

Azərbaycan rəssamları ilə bağlı saytın təqdimatı keçirilib
# 25 may 2007 17:06 (UTC +04:00)
Bu gün Bakı İnbcəsənət Mərkəzinin Yenigallery Sərgi Salonunda www.yenigallery.com saytının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mərkəzin direktoru Rəfael Gülməmmədli saytda müxtəlif dövr rəssamların həyat və yaradıcılıqları barədə geniş məlumatların toplanıldığını deyib. O bildirib ki, saytdakı materiallar Azərbaycan, ingilis və rus dillərində yer alıb. Bakı İncəsənət Mərkəzinin uzun müddətdir, fəaliyyət göstərdiyini deyən R.Gülməmmədli veb-saytda hər gün yeni məlumatların yerləşdiriləcəyini söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR