Şəkidə bölgənin mədəniyyət və turizm müəssisələrinin fəaliyyətinə həsr olunmuş kollegiya iclası keçiriləcək

Şəkidə bölgənin mədəniyyət və turizm müəssisələrinin fəaliyyətinə həsr olunmuş kollegiya iclası keçiriləcək
# 30 may 2007 12:10 (UTC +04:00)
İyunun 1-də Şəki şəhəri və ətraf rayonlarının (Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax) mədəniyyət və turizm müəssisələrinin fəaliyyətinə həsr olunmuş kollegiya iclası keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Şəki Şəhər İcra Hakimiyyətinin binasında keçiriləcək kollegiya iclasında rayonların icra başçıları, mədəniyyət və turizm sahəsində çalışanların iştirakı ilə bir sıra müzakirələr aparılacaq. Tədbirə mədəniyyət və turizm naziri Əblüfəs Qarayev də qatılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR