Mədəniyyət və Turizm Nazirliyi Şəkidə regional müşavirə keçirib

Mədəniyyət və Turizm Nazirliyi Şəkidə regional müşavirə keçirib
# 01 iyun 2007 14:44 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi bu gün Şəkidə regional müşavirə keçirib. Şəki Rayon İcra Hakimiyyətindən (RİH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, müşavirədə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının icra başçıları, sözügedən rayonların mədəniyyət və turizm şöbələrinin rəisləri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri İntiqam Babayev, müvafiq idarə və təşkilat nümayəndələri iştirak edib. Müşavirədə giriş sözü ilə çıxış edən Şəki RİH-in başçısı Nazim İbrahimov qonaqları salamlayıb və müşavirənin məqsədi barədə iştirakçılara ətraflı məlumat verib. Müşavirədə çıxış edən Ə. Qarayev ayrı-ayrı rayonlar üzrə mədəniyyət və turizm sahəsində görülən işlər, mövcud nöqsanlar barədə danışıb. Müşavirə iştirakçıları bölgənin ayrı-ayrı rayonları üzrə mədəniyyət və turizmin inkişafını əks etdirən videoçəkilişlərə baxış keçirib, mövcud işlər və problemlər barədə fikir mübadiləsi aparıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR