TÜRKSOY-un qərargahı Azərbaycanda yerləşəcək

TÜRKSOY-un qərargahı Azərbaycanda yerləşəcək
# 05 iyun 2007 16:28 (UTC +04:00)
TÜRKSOY-un Daimi Şurasının iyuna təyin olunan 23-cü iclasının davamı sentyabrda Qazaxıstanda keçiriləcək. Bunu APA-ya eksklüziv açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, ötən ilin dekabrında Ankara şəhərində keçirilən TÜRKSOY-un Daimi Şurasının 23-cü iclasında baş katib vəzifəsi boş saxlanılıb və bu vəzifənin icrası 6 ay müddətinə Türkiyənin mədəniyyət naziri Atilla Koça həvalə olunub. Nazirin sözlərinə görə, türk xalqlarının mədəni irsinin qorunması ilə bağlı xüsusi qurum artıq yaradılıb: “Qurumun yeri də artıq müəyyənləşib. Qurumun qərargahı Azərbaycanda yerləşəcək. Sentyabrda keçiriləcək TÜRKSOY-un toplantısında bu qurumun maliyyə məsələləri müzakirə ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin Bərpa İşləri üzrə Elmi-Tədqiqat İnstitutunun nəzdində bu qurum fəaliyyət göstərəcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR