Bu gün Litvanın mədəniyyət naziri Yonas Yuças Azərbaycana gəlir

Bu gün Litvanın mədəniyyət naziri Yonas Yuças Azərbaycana gəlir
# 07 iyun 2007 09:23 (UTC +04:00)
Bu gün Litvanın mədəniyyət naziri Yonas Yuçasın Azərbaycana səfəri başlayır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, onunla bərabər Bakıya nazirliyin Beynəlxalq Münasibətlər və Avropa ilə Əlaqələr İdarəsinin rəisi Vida Qrajiene də gəlir. Səfər zamanı iyunun 8-də nümayəndə heyəti Heydər Əliyev Fondu, “Qız qalası”, Şirvanşahlar Sarayı ilə tanış olacaq və Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əzizə Mustafazadənin konsertində iştirak edəcəklər. İyunun 9-da isə Yonas Yuças və Vida Qrajien Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcək, daha sonra birgə mətbuat konfransı keçirəcəklər. Nümayəndə heyəti ilə Nazirlər Kabinetində görüşün keçirilməsi nəzərdə tutulur. Həmin gün qonaqlar şəhəri gəzəcək və Yaşıl Teatrda keçiriləcək ABŞ-ın caz kvartetinin konsertində iştirak edəcəklər. Nümayəndə heyətinin Bakıya səfəri iyunun 10-da yekunlaşacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR