Litvanın mədəniyyət naziri Yonas Yuças Azərbaycanda səfərdədir

Litvanın mədəniyyət naziri Yonas Yuças Azərbaycanda səfərdədir
# 09 iyun 2007 10:50 (UTC +04:00)
APA-nın məlumatına görə, qonaqları qəbul edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu görüşün Azərbaycan və Litva Respublikalarının mədəni əlaqələri arasında körpü yaradacağına əminliyini bildirib. Bakıya ilk səfərindən razı qaldığını bildirən cənab Yonas Yuças bu səfərin sonuncu olmayacağına inandığını deyib. Görüşdə ölkələr arasında nəzərdə tutulan mədəni əlaqələr müzakirə olunub. Litvanın mədəniyyət naziri ölkəsində planlaşdırılan seminar, festival, mahnı və dövlət bayramlarında Azərbaycan incəsənət ustalarının çıxışının arzu olunan olduğunu bildirib. Bu dəvətləri məmnuniyyətlə qəbul etdiyini deyən Əbülfəs Qarayev litvalı qonaqların sentyabrda Bakıda keçiriləcək YUNESKO-nun beynəlxalq tədbirində iştirakını arzulayıb. Görüşün sonunda nazirlər bir-birinə xatirə hədiyyələri təqdim ediblər. /APA/














#
#

ƏMƏLİYYAT İCRA OLUNUR