Bu gün 17 illik fasilədən sonra Azərbaycan Bəstəkarlar İttifaqının VIII Qurultayı keçiriləcək

Bu gün 17 illik fasilədən sonra Azərbaycan Bəstəkarlar İttifaqının VIII Qurultayı keçiriləcək
# 11 iyun 2007 16:58 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün bəstəkarlar Fəxri Xiyabanda Qara Qarayev, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Tofiq Quliyevin məzarını ziyarət ediblər. Ziyarətdə Azərbaycan Bəstəkarlar İttifaqının katibləri Ramiz Zöhrabov, Firəngiz Əlizadə, bəstəkarlar Eldar Mansurov, Faiq Sücəddinov, Oqtay Zülfüqarov, Şəfiqə Axundova, Sərdar Fərəcov, Lalə Hüseynova, musiqişünas Fərəh Əliyeva və başqaları iştirak ediblər. Daha sonra isə qurultay iştirakçıları Heydər Əliyevin abidəsi önünə əklil qoyublar.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq artisti Ramiz Zöhrabov APA-ya açıqlamasında qurultayın uğurla davam etdiriləcəyinə inandığını vurğulayıb: “İyunu 16-na kimi davam edəcək VIII Qurultayda bir sıra yeni əsərlər səslənəcək. Bu tədbir son illərdə Azərbaycan bəstəkarlıq məktəbinin necə inkişaf etdiyini göstərəcək. Qurultayın işində iştirak etmək üçün Ukrayna, Türkiyə, Özbəkiustan, Gürcüstan, Rusiya bəstəkarları Bakıya gəliblər”.
Qeyd edək ki, bu gün axşam M.Maqomayev adına Azərbaycan Dövlət Fialrmoniyasında Dövlət Simfonik Orkestrin konsert proqramı ilə qurultayın tənətənəli açılış mərasimi keçiriləcək. Qurultayın sonuncu günü iyunun 16-da Azərbaycan Bəstəkarlar İttifaqının sədri və katibliyi seçiləcək. /APA/














#
#

ƏMƏLİYYAT İCRA OLUNUR