Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayının təntənli açılış mərasimi keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayının təntənli açılış mərasimi keçirilib
# 11 iyun 2007 17:02 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qurultay münasibəti ilə Azərbaycan bəstəkarlarını təbrik edib və onlara bu işdə uğurlar arzulayıb: “Çox sevinirik ki, sonuncu dəfə 1990-cı ildə keçirilmiş Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı böyük fasilədən sonra keçirilir. Bu qurultay Azərbaycanın müstəqillik dövründə keçirilən ilk qurultaydır. Bundan sonra Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı vaxtı-vaxtında keçiriləcək. Hər zaman Nizamnaməyə riayət edilməlidir və bundan sonra bu ənənə davam etdiriləcək. Azərbaycan musiqisini tərəqqisi üçün bizi gərgin işlər gözləyir. Altı gün ərzində səslənəcək əsərlərin hamısı yeni əsərlərdir. O səbəbdən də biz bu əsərləri ilk dəfə olaraq eşidəcəyik və bundan sonra Azərbaycan bəstəkarlıq məktəbinin layiqincə davam etdirilib etdirilməməsini şahidi olacağıq”. Azərbaycan Bəstəkarlar İttifaqının I katibi, xalq artisti Ramiz Zöhrabov qurultayın işinə başlamasını böyük uğur hesab edib. O bildirib ki, qurultay iyunun 16-na kimi davam edəcək və hər gün müxtəlif mədəniyyət ocaqlarında konsert proqramları təşkil olunacaq. Bu günlərdə Azərbaycan bəstəkarlarının son illər yazdıqları əsərlər ifa olunacaq.
Açılış mərasimində Türkiyə, Ukrayna, Gürcüstan, Rusiya, Özbəkistan və digər ölkələrdən qonaqlar da iştirak edib.
Daha sonra açılış mərasimi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrin konsert proqramı ilə davam etdirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti Rauf Abdullayev olub. /APA/





#
#

ƏMƏLİYYAT İCRA OLUNUR