Arif Məlikov: “Azərbaycanda bəstəkarın bir vərəq çap etdirmək üçün nəşriyyat belə yoxdur”

Arif Məlikov: “Azərbaycanda bəstəkarın bir vərəq çap etdirmək üçün nəşriyyat belə yoxdur”
# 11 iyun 2007 17:51 (UTC +04:00)
“Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyində olanlara niyə 17 ildir ki,
qurultay keçirmədiklərini soruşmaq lazımdır. Hökumətdən soruşmaq lazımdır ki, siz necə tab gətirirsiniz? Yaxşı 17 ildə Bəstəkarlar İttifaqı tərpənməyib, bəs hökumət nə edib? Millətin sərvəti olan musiqiyə qayğı və münasibət olmalıdır”. Bu sözləri APA-ya açıqlamasında xalq artisti, bəstəkar Arif Məlikov deyib. Bəstəkar deyib ki, 17 ildən bir qurultayın keçirilməsi pis haldır: “Qanunlara, Nizamnaməyə riayət etmək lazımdır, inkişaf üçün musiqi səslənməlidir. Qurultay çərçivəsində layiqli əsərlər ifa olunsa, qurultayın işini uğurlu hesab etmək mümkün olacaq. 17 ildən sonra biz Azərbaycan bəstəkarlıq məktəbini nümayiş etdirə biləcəyik. Mənim üçün gənclərin-orta nəsil musiqiçilərin nə etdikləri çox maraqlıdır. Bu konsertlərin olması bəstəkarların olmasından xəbər verir, konsertlər olmasa, bu ittifaq heç kəsə lazım deyil”. Bu gün istedadlı gənclərin olduğunu da istisna etməyən A.Məlikov onların qayğıya ehtiyacı olduğunu vurğulayıb: “Azərbaycanda bəstəkarın bir vərəq çap etdirməsi üçün nəşriyyat belə yoxdur. Belə vəziyyətdə musiqinin dünya çağına çıxması mümkün deyil. Çox problemlər var, ancaq bunların həlli vacibdir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR