“Qaya” vokal instrumental ansamblının solisti Arif Hacıyev Yasamal qəbiristanlığında torpağa tapşırılıb

“Qaya” vokal instrumental ansamblının solisti Arif Hacıyev Yasamal qəbiristanlığında torpağa tapşırılıb
# 12 iyun 2007 13:52 (UTC +04:00)
“Qaya” vokal instrumental ansamblının ötən gün dünyasını dəyişən solisti Arif Hacıyev bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb. APA-nın məlumatına görə, mərhum uzun müddət parkinson xəstəliyindən əziyyət çəkib. Ölümündən 13 gün əvvəl isə insult keçirib.
Qeyd edək ki, “Qaya”nın solisti olmuş müğənni 2001-ci ildən Rauf Babayevlə birgə “Bəri bax” qrupuna rəhbərlik edib. Bu ilin martında isə onun 70 illik yubileyi qeyd olunub./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR