Gəncədə ilk dəfə olaraq, rəqəmsal kinoteatr quraşdırılacaq

Gəncədə ilk dəfə olaraq, rəqəmsal kinoteatr quraşdırılacaq
# 18 iyun 2007 12:58 (UTC +04:00)
Gəncədə ilk dəfə olaraq, rəqəmsal kinoteatr quraşdırılacaq. Bu barədə APA-nın Qərb bürosuna Gəncə mədəniyyət və turizm idarəsinin rəisi Mina Məlikova məlumat verib. Onun sözlərinə görə, şəhərin “Nizami” kinoteatrında bərpa-təmir işləri aparıldıqdan sonra burada bütün avadanlıqlar dəyişdirilərək müasirləşdiriləcək: “Əvvəllər hamı filmlərə böyük formatda baxmağı xoşlayırdılar. Son illər vətəndaşlar kinoteatrlara, ümumiyyətlə, gəlmirlər. Yeni quraşdırılacaq rəqəmsal kinoteatrlarla bu problemin həll olacağına inanıram”. Mədəniyyət və turizm idarəsinin rəisinin bildirdiyinə görə, artıq bu işin həyata keçirilməsi üçün sənədlər hazırlanır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR