İngilis, rus və ukrain dillərində “Azərbaycan mətbəx mədəniyyəti” jurnalı nəşr olunacaq

İngilis, rus və ukrain dillərində “Azərbaycan mətbəx mədəniyyəti” jurnalı nəşr olunacaq
# 20 iyun 2007 12:43 (UTC +04:00)
Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) “Azərbaycan mətbəx mədəniyyəti” adlı yeni jurnal hazırlayır. AMKM-dən APA-ya bildirilib ki, jurnal rus, ingilis və ukrain dillərində nəşr olunacaq. Azərbaycan mətbəxinin əks olunacağı jurnal Avropa ölkələrinə göndəriləcək. Məlumatda bildirib ki, jurnal Ukrayna tərəfinin maliyyə vəsaiti ilə nəşr olunacaq. Avropa ölkələrində yayımlanacaq jurnalda ermənilərin Azərbaycan mədəniyyətini özününküləşdirməsi məsələsinə də geniş yer veriləcək. Sözügedən jurnal yaxın aylarda işıq üzü görəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR