Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvlərini sayı 40-dan 25-ə enib

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvlərini sayı 40-dan 25-ə enib
# 20 iyun 2007 17:06 (UTC +04:00)
Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynovanın APA-ya verdiyi məlumata görə, səsvermənin nəticələri 5 nəfərdən ibarət hesablama komissiyası tərəfindən sayılır. Hesablama komissiyasına Həsən Adıgözəlzadə, Natiq Vəliyev, Yaşar Xəlilov, Aidə Hüseynova və Azad Hüseynov daxildirlər. L. Hüseynova onu da bildirib ki, ittifaqın 120 üzvünün iştirakı ilə keçirilən seçkilərdə 47 bəstəkarın namizədliyi irəli sürülüb. Namizədlər arasında Arif Məlikov, Tofiq Bakıxanov, Oqtay Rəcəbov, Oqtay Zülfüqarov, Ramiz Zöhrabov, Ramiz Mustafayev, Firəngiz Əlizadə, Eldar Mansurov, Faiq Sücəddinov, Aqşin Əlizadə, Vüqar Camalzadə də var. Hazırda 47 namizəd arasından 25 nəfərin ibarət İdarə Heyətinin seçilir. İdarə Heyəti üzvlərinin arasından isə ittifaqın I katib və iki katibi seçiləcək. Azərbaycan Bəstəkarlar İttifaqının sədri də İdarə Heyəti üzvləri arasından seçiləcək.
Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqının əvvəlki heyətində İdarə Heyətinin 40 üzvü olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR