Polad Bülbüloğlu atasının yubiley mərasimində iştirak etmək üçün Bakıya gəlib

Polad Bülbüloğlu atasının yubiley mərasimində iştirak etmək üçün Bakıya gəlib
# 21 iyun 2007 12:52 (UTC +04:00)
İyunun 22-də Azərbaycan vokal məktəbinin banisi Bülbülün anadan olmasının 110 illiyi tamam olur. Bülbül Fondunun və Bülbül memorial-muzeyinin direktoru, sənətkarın həyat yoldaşı Ədilə Məmmədova APA-ya bildirib ki, sabah bununla bağlı tərbir keçiriləcək. Onun sözlərinə görə, ilk əvvəl mədəniyyət və incəsənət xadimləri Fəxri Xiyabanda Bülbülün məzarını ziyarət edəcəklər. Daha sonra anım mərasimi Bülbül Fondunda davam etidirləcək. Muzey rəhbəri bildirib ki, prezidentin sərəncamı ilə Bülbülün 110 illik yubileyi noyabrda keçiriləcək. Sabah keçiriləcək tədbirlərdə iştirak etmək üçün mərhum sənətkarın oğlu, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da Bakıya gəlib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR