Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyəti qurumun katiblərini seçib

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyəti qurumun katiblərini seçib
# 22 iyun 2007 13:10 (UTC +04:00)
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının yeni seçilmiş İdarə Heyəti ilk iclasını keçirib. İttifaqdan APA-ya verilən məlumata görə, iclasda qurumun katibləri seçilib. İndiyə qədər olan birinci katib vəzifəsi ləğv edilib. Bunun əvəzində isə Bəstəkarlar İttifaqında üç katib vəzifəsi təsis olunub. Katib vəzifələrinə Ramiz Zöhrabov, Eldar Mansurov və Aqşin Əlizadə seçiliblər.
Qeyd edək ki, 17 illik fasilədən sonra Bəstəkarlar ittifaqına keçirilən sədr seçkilərində Firəngiz Əlizadə qurumun sədri seçilib. İttifaqın 21 nəfərlik İdarə Heyətinə isə Arif Məlikov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Eldar Mansurov, Oqtay Zülfüqarov, Ramiz Zöhrabov, Lalə Hüseynova, Sevda İbrahimova, Rəna Məmmədova, Zemfira Səfərova, Zemfira Qafarova, Gülnaz Abdullayev, Azər Dadaşov, Aydın Əzimov, Rəhilə Həsənova, Arzu Məmmədova, Rauf Əliyev, Sərdar Fərəcov, Elnarə Dadaşova və Ramiz Mirzəyev təmsil olunublar.
Onu da qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqı 1934-cü ildən SSRİ Bəstəkarlar İttifaqının respublika şöbəsi kimi fəaliyyətə başlayıb. Bu müddət ərzində ittifaqın 7 qurultayı keçirilib və quruma Üzeyir Hacıbəyov, Qara Qarayev, Səid Rüstəmov, Sultan Hacıbəyov, Rauf Hacıyev, Aqşin Əlizadə, Tofiq Quliyev, Vasif Adıögözəlov kimi bəstəkarlar rəhbərlik edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR