"Nə? Harada? Nə vaxt?" İntellektual Oyunu üzrə III Millətlərarası Kubok uğrunda yarışma keçiriləcək

"Nə? Harada? Nə vaxt?" İntellektual Oyunu üzrə III Millətlərarası Kubok uğrunda yarışma keçiriləcək
# 27 iyun 2007 10:05 (UTC +04:00)
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Nə? Harada? Nə vaxt?" İntellektual Oyunu üzrə III Millətlərarası Kubok uğrunda yarışma keçiriləcək. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev məlumat verib. Məlumata görə, yarışmanın açılışı avqustun 30-da olacaq. İntellektual oyunda 21 ölkənin komandası iştirak edəcək. Hər komandada 6 iştirakçı olacaq. Yarışmada iştirak edəcək Azərbaycan komandasının üzvləri “Atəşgah” Bakı Bilicilər Klubu tərəfindən seçiləcək. Yarışmanın yekun mərhələsi sentyabrın 3-də olacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR