Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsisçiliyi ilə “Muğam” jurnalı nəşr olunub

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsisçiliyi ilə “Muğam” jurnalı nəşr olunub
# 02 iyul 2007 13:27 (UTC +04:00)
Həm jurnal, həm də kitablar “Şərq-Qərb” nəşriyyatında çap olunub. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva bildirib ki, “Muğam” jurnalı bütövlükdə muğama həsr olunmuş ilk jurnaldır. Muğama aid bir sıra layihələrin fond tərəfindən dəstəkləndiyini xatırladan M. Əliyeva muğam sənətinin gənclər tərəfindən əsrlərin sınağından keçmiş sənət kimi qiymətləndirilməsini çox sevindirici hal adlandırıb. Onun sözlərinə görə, Bakıda inşa edilən Beynəlxalq Muğam Mərkəzi 2008-ci ilin əvvəlində istifadəyə veriləcək. Fond rəhbəri bu mərkəzin muğam sahəsində tədqiqatların aparılmasına təkan verəcəyini və muğamın təbliğinə xidmət edəcəyini deyib.
Tədbirdə çıxış edən muğam ifaçıları, musiqişünaslar, alimlər jurnalın və kitabların nəşrini yüksək qiymətləndiriblər. Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri Firəngiz Əlizadə Muğam Mərkəzinin fəaliyyəti ilə muğamın təbliğində yeni mərhələnin başlanacağını vurğulayıb. O, Səmərqənddə keçirilən ənənəvi “Muğam və müasir bəstəkarlıq” adlı beynəlxalq festivalın Azərbaycanda da keçirilməsini təklif edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR