Yunanıstanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin ilk iclası keçirilib

Yunanıstanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin ilk iclası keçirilib
# 04 iyul 2007 14:36 (UTC +04:00)
Bu gün Yunanıstanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin mədəniyyət nazirlərinin ilk iclası, nazirlərin görüşündən öncə, iyulun 2-3-də isə mədəniyyət üzrə işçi qrupun ilk iclası keçirilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi Vasif Eyvazzadə məlumat verib. Azərbaycanı QDİƏT-ə üzv dövlətlərin mədəniyyət nazirlərinin ilk iclasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti, mədəniyyət üzrə işçi qrupun iclasında isə nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi Vasif Eyvazzadə təmsil edib. Bu iclaslarda müasir mədəniyyət sahəsində əməkdaşlıq şəbəkələri, mədəniyyət marşrutları, mədəniyyətlərarası dialoq, mədəniyyətin iqtisadiyyatı və Qara dəniz regionunda mədəni proseslər barəsində müzakirələr aparılıb. Nazirlərin iclasında Sunion Bəyannaməsi və iki illik Fəaliyyət Planı qəbul olunub. Nazirlərin iclasında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ə. Vəliyev mədəniyyət sahəsində əməkdaşlığın çox mühüm hadisə olduğunu və region xalqlarının mədəni bağlılığını daha da artıracağını bildirib. Nazir müavininin Qara dənizlə Xəzər dənizi arasında mədəniyyət körpüsü yaratmaq məqsədilə “İki dənizin əfsanələri” mədəni turizm marşrutu təklifi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR